Türkiyə mətbuatının rəsmi mənbəyə istinadən yaydığı
xəbərə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq iclasda Qəzza zolağındakı cari vəziyyət üzrə müzakirələr aparılacaq. İsrail ilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı arasında dərhal atəşkəs sazişi imzalanmasının, mülki vətəndaşlar üçün hər cür humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyi diqqətə çatdırılacaq. Eyni zamanda, bu çərçivədə beynəlxalq ictimaiyyətə çağırış ünvanlanacaq.
Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Digər tərəfdən, Qəzzaya beynəlxalq humanitar yardımın çatdırılmasına tez-tez maneələr qoyulur.
Firudin Həmidli
AzVision.az