Ermənistandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılıb

Ermənistandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılıb
  24 Avqust 2025    Oxunub:1023
Ermənistan ilə Rusiya arasında yenidən gərginlik yaranıb.
Rusiya bu dəfə Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarını geri qaytarıb.

Ermənistan mediasının məlumatına görə, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Rusiya tərəfinin iddiasına görə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullar fitosanitar tələblərə cavab vermir.

Rusiya tərəfi bir qədər əvvəl digər yükləri, xüsusilə də tikinti materialları daşıyan avtomobilləri ciddi yoxlayıb.
AzVision.az


Teqlər:



Xəbər lenti