Ermənistan bankları rusiyalılar barədə məlumatlar toplayır
“Maliyyə qurumları yerli tənzimləyicilərdən sorğu alır. Məlumat təqdim edilmədikdə hesabın xidməti dayandırılır”, - Ermənistanın maliyyə bazarındakı “Frank Media” şirkətinin təmsilçisi bildirib.
“NSV Consulting” şirkətinin idarəedici partnyoru Sergey Nazarkin Ermənistanı “postsovet məkanında ruslar arasında xarici hesabların açılması üçün ən populyar yurisdiksiya” adlandırır. Onun sözlərinə görə, bunlar təkcə bank hesabları deyil, həm də broker hesablarıdır, çünki “ruslar qiymətli kağızların ticarəti üçün Ermənistan infrastrukturundan istifadə edirlər”.
Maliyyə mübadiləsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) standartına uyğun olaraq həyata keçirilir. Ermənistan hələ 2023-cü ilin sentyabrında Vergi Müqaviləsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə dair Konvensiyanı ratifikasiya edib. Eyni zamanda, Ermənistan 2025-ci ilin sentyabr ayına qədər maliyyə məlumatlarının avtomatik mübadiləsini həyata keçirməyi öhdəsinə götürüb. İrəvan ildə bir dəfə təxminən 120 ölkə ilə bank müştərilərinin maliyyə hesablarını mübadilə edəcək.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan ruslar məlumat







Vaxtında, Aydın, Lazımlı!


