Rəsmi İrəvan erməni deputatın iddiasını təkzib edir

Rəsmi İrəvan erməni deputatın iddiasını təkzib edir
  25 Avqust 2025    Oxunub:896
Avqustda Ermənistandan ixrac edilən malların olduğu 2,4 mindən çox yük maşını Rusiyaya keçib.
AzVision.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyanın açıqlamasında belə deyilir.
Bundan əvvəl müxalifətçi deputat Qarnik Danielyan Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyan çoxlu avtomobillərin Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” keçid
məntəqəsindən geri qayıtdığını və bunun fitosanitar problemlə bağlı olduğunu bildirmişdi.

Deputat onu da qeyd edib ki, digər malları olan yük maşınları da hərtərəfli yoxlanılır və bu da onların Rusiyaya girişini çətinləşdirir. Danielyan tikinti materiallarını daşıyan yük maşınlarının da problemlərlə üzləşdiyini diqqətə çatdırıb.

Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan deputatı yalan danışmaqda günahlandırıb. Nazirin şərhində avqustda Ermənistandan ixrac edilən malların olduğu 2427 yük maşını və ya gündə orta hesabla 101 avtomobilin Rusiya ərazisinə keçdiyi bildirilir.

Onun sözlərinə görə, 610 yük maşınına müxtəlif içkilər, 447-nə meyvə, 234-nə perlit qumu, 315-nə tərəvəz, 141-nə ağac və bitki, 84-nə emal olunmuş meyvə-tərəvəz məhsulları, 75-nə daş və suvaq məmulatları, 68-nə balıq, 79-na elektrik və mexaniki avadanlıq, 19-na süd məhsulları, 21-nə tütn məmulatları, 16-na isə trikotaj malları yüklənib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   maşınlar  



Xəbər lenti