Çin XİN: "Ukraynaya qoşun göndərəsi deyilik"

      Çin XİN:    "Ukraynaya qoşun göndərəsi deyilik"
  25 Avqust 2025    Oxunub:846
"Çin təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun göndərməyi planlaşdırmır".
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktor müavini Lin Çian mətbuata açıqlamasında dilə gətirib. O, Almaniyanın "Die Welt" qəzetinin sözügedən məsələ ilə əlaqədar xəbərinə münasibət bildirib.

"Bu məlumat həqiqətə uyğun deyil. Çinin Ukrayna məsələsində mövqeyi açıq-aşkardır", – müavin söyləyib.

"Die Welt" qəzeti ötən günlərdə öz mənbələrinə istinadən yazmışdı ki, rəsmi Pekin sülhməramlı missiya çərçivəsində guya Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Ukrayna   qoşun   təkzib  



Xəbər lenti