Almaniyalı nazir Qəzzaya gedəcək

Almaniyalı nazir Qəzzaya gedəcək
  25 Avqust 2025    Oxunub:875
Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Rim Alabali Radovan bu gün Yaxın Şərqə səfərə yollanacaq.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Diqqətə çatdırılıb ki, xanım nazir üçgünlük səfər çərçivəsində İsrailə, Fələstin ərazilərinə, eyni zamanda, İordaniya və Səudiyyə Ərəbistanına gedəcək.

"Beləliklə, nazir Qəzza zolağının gələcəyinə, ümumilikdə regionun sabitiliyinə qarşı sadiqliyini göstərəcək. Bu məsələdə həmçinin mühüm regional güclər sayılan İordaniya və Səudiyyə Ərəbistanının, eləcə də beynəlxalq ictimaiyyətin birgə yanaşması zəruridir", – məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   nazir   Yaxın-Şərq   Qəzza   səfər  



Xəbər lenti