YouTube blogerlərin xarici görünüşünü redaktə edir?
“Süni intellekt (Sİ) redaktoru sayəsində köynəklərdəki qırışlar daha aydın görünür. Dəri bəzi yerlərdə daha bərk, bəzi yerlərdə isə daha hamar olur. Qulaqlara diqqətlə baxın və onların deformasiyaya uğradığını görəcəksiniz”, - telekanal bildirir.
Uzun müddət istifadəçilərin şikayətlərinə cavab verməyən video-hostinqin sahibi “Google” şirkəti yalnız keçən həftə Sİ vasitəsi ilə redaktə məsələsinə aydınlıq gətirib.
- Biz ayrı-ayrı “YouTube Shorts” videoları ilə eksperiment həyata keçiririk. Bu halda, ənənəvi maşın təlimindən emal zamanı videonu ləkələmək, səssizləşdirmək və kəskinləşdirmək üçün istifadə olunur (müasir smartfonun video çəkərkən etdiyinə bənzər proses)”, - YouTube-un redaksiya və müəlliflərlə əlaqələr şöbəsinin rəhbəri Rene Ritçi “X” sosial şəbəkəsində yazıb.
O, həmçinin bildirib ki, şirkət videoların məzmununun redaktəsi üçün Sİ-dən istifadə etmir.
Sahil İsgəndərov







Vaxtında, Aydın, Lazımlı!


