Suriya Prezidenti 58 il sonra BMT-də çıxış edəcək

   Suriya Prezidenti    58 il sonra    BMT-də çıxış edəcək
  25 Avqust 2025    Oxunub:1032
Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında nitq söyləyəcək.
Bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən rəsmi nümayəndəsi "Agence France-Presse" (AFP) xəbər agentliyinə məlumat verib. O, dövlət başçısının gözlənilən çıxışı barədə digər hər hansı təfərrüatı açıqlamayıb.

"Beləliklə, Əhməd Əş-Şərəənin Baş Assambleyada çıxışı reallaşarsa, o, 1967-ci ildən bəri həmin tədbirdə nitq söyləyən ilk Suriya Prezidenti kimi tarixə düşəcək", – nümayəndə vurğulayıb.

Xatırladaq ki, keçən il 8 dekabrında Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələrin üsyanı nəticəsində devrilib. Eyni zamanda, 53 illik Əsəd ailəsi diktaturası, habelə Suriyada 1963-cü ildə iqtidara gəlmiş Bəəs Partiyasının hakimiyyəti başa çatıb.

BMT Baş Assambleyasında 1967-ci ildə nitq söyləyən ilk Suriya Prezidenti isə Nurəddin Əl-Ətasi idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   BMT  



Xəbər lenti