Almaniya Kiyevə hər il 9 milyard avro verəcək

   Almaniya Kiyevə hər il 9 milyard avro verəcək
  26 Avqust 2025    Oxunub:1216
Almaniya hökuməti Ukraynaya hər il 9 milyard avro həcmində yardım ayırmağı öhdəsinə götürüb.
Bu barədə Almaniyanın maliyyə naziri və vitse-kansleri Lars Klinqbayl Ukraynaya səfəri çərçivəsində mətbuata açıqlamasında bildirib. O, Prezident Volodimir Zelenski ilə görüşüb. Diqqətə çatdırıb ki, yardım qərarı artıq təsdiqlənib.

"İlkin mərhələdə Ukrayna üçün 8,5 milyard avro məbləğində hərbi dəstək, eləcə də əlavə vəsaiti təsdiqləmişik. Bu, ümumilikdə 9 milyard avro deməkdir", – nazir vurğulayıb.

Almaniya Maliyyə Nazirliyinin hesabatına əsasən, rəsmi Berlin müharibə ərzində Kiyevə bütövlükdə 50 milyard avrodan çox yardım göndərib. Bu məbləğin təqribən 17 milyardı hərbi xərclər üçün ayrılıb. Almaniya Ukraynanın dünyada ABŞ-dən sonra ikinci, Avropada isə birinci tərəfdarı sayılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   yardım  



Xəbər lenti