Avstraliya İranla əlaqələri kəsir

   Avstraliya İranla əlaqələri kəsir
  26 Avqust 2025    Oxunub:1099
Avstraliya hökuməti İranın bu ölkədəki səfiri Əhməd Sadiqini ölkədən çıxarmaq, eyni zamanda, özünün Tehrandakı səfirliyini bağlamaq qərarı verib.
Bu barədə Avstraliyanın Baş naziri Entoni Albaniz bəyanat yayıb. Diqqətə çatdırılıb ki, bu addım ölkənin Təhlükəsizlik Kəşfiyyat Təşkilatı ilə Federal Polisinin yəhudi icmasına qarşı antisemit hücumlarla əlaqədar təhqiqatı nəticəsində atılıb.

"Təhqiqatla müəyyənləşdirilib ki, sözügedən hücumlardan ən azı ikisi İran hökumətinin dəstəyi ilə həyata keçirilib. Cəmiyyətimizdə bu cür hücumlar yolverilməzdir. Avstraliya hökuməti qətiyyətli addımlar ataraq, İran səfirinə onun və daha üç diplomatın ölkədən çıxarılacağı barədə məlumat verib", – bəyanatda vurğulanıb.

Eyni zamanda, məlumata əsasən, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti də artıq dayandırılıb :

"Oradakı bütün diplomatlarımız üçüncü ölkədə təhlükəsiz yerə köçürülüblər".

Digər tərəfdən, Avstraliya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) tezliklə terror təşkilatları siyahısına salacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avstraliya   İran   səfirlik   gərginlik  



Xəbər lenti