"Kanada da mövqeyimizdən agahdır. Bu təşəbbüsə qoşulmayacağıq, çünki tələblərin yerinə yetirildiyini görmürük", – Merts vurğulayıb.
Ötən günlərdə Almaniya hökumətinin sözçüsü də yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, hazırkı mərhələdə Fələstinin tanınması düzgün qərar sayıla bilməz.
|
| Almaniya: "Fələstinin tanınması düzgün addım deyil" |
"Rəsmi Berlin hazırda Fələstin Muxtariyyətini tanımaq niyyətində deyil. Çünki bu, Qəzza zolağında İsraillə iki dövlətli həll yolu üzrə aparılan danışıqlara, göstərilən səylərə zərbə vura bilər. İki dövlətli həll bu gün çox uzaq ehtimal kimi görünsə də, bizim məqsədimizdir", – o deyib.
Xatırladaq ki, Avstraliya, Britaniya, Fransa, Kanada və digər bir sıra dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


