Litvada kütləvi etirazlar olub
“Sosial-demokratlar növbəti dəfə sözlərindən dönərək ölkənin idarəçiliyini böhtançı və yalançının rəhbəri olduğu “Neman sübhü”nə təhvil verəndə və onlara Tomaşevskiyə tabe şəxsləri əlavə edəndə rüsvayçılıq günü gələcək”, - etiraz aksiyasının təşkilatçılar bildirib.
Söhbət Litva Fermerlər İttifaqı fraksiyasına daxil olan rusiyayönlü “Polşalıların seçki aksiyası” partiyasının lideri Valdemar Tomaşevskidən gedir.
Etirazçılar 77 mindən çox insanın imzaladığı petisiyanı Litva prezidenti Gitanas Nausedaya təqdim etmək niyyətindədirlər.
- Müraciətdə yaradılan koalisiyanın bəyənilməməsi, “Nemun sübhü”nü və Xristian Ailələr İttifaqını təmsil edən siyasətçilərin, öz fəaliyyətləri və ictimai bəyanatları ilə Litva dövlətçiliyinə təhlükə yaradanların nazir vəzifələrinə təyin olunmaması xahişi yer alıb”, - xəbərdə deyilir.
Bu arada Litva parlamenti keçmiş Sosial Təminat və Əmək naziri, Sosial-Demokrat Partiyasından olan 44 yaşlı İnqa Ruqineneni ölkənin baş naziri vəzifəsinə təsdiq edib.
Litva Tele-radiosunun (LTR) məlumatına görə, prezident Gitanas Nauseda əvvəlki iclasda artıq Ruqineninin namizədliyini baş nazir postuna təqdim etmişdi, indi isə parlament onu təsdiqləyib. Seymin (parlament) 78 üzvü onun “lehinə”, 35-i “əleyhinə” səs verib, 14-ü isə bitərəf qalıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


