Maariv: "İsrail müharibəni qurtarmağın yollarını axtarır"
Digər tərəfdən, Misirin nümayəndə heyəti atəşkəs və əsir mübadiləsi üzrə danışıqların növbəti mərhələsinin yerini müəyyənləşdirmək məqsədilə İsraildə görüş keçirib. Hərçənd Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Məscid Əl-Ənsari jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, yerin hər hansı əhəmiyyəti yoxdur.
"Görüş yerinin dəyişdirilməsi və ya digər taktikalarla danışıqları pozmaq cəhdləri beynəlxalq ictimaiyyətə çoxdan məlumdur. İsrail tərəfi artıq konkret cavab verməlidir", – mətbuat katibi bildirib.
Hazırda İsrailin Təhlükəsizlik Kabinetinin məsələ ilə əlaqədar iclası gözlənilir.
Firudin Həmidli
AzVision.az .
Teqlər: İsrail HƏMAS müharibə danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


