MAQATE rəhbərinin mühafizəsi gücləndirilib
Başqa bir mənbə təhdidin birbaşa İranın özündən gəldiyinin ehtimal olunduğunu və hakimiyyətin buna ciddi yanaşdığını deyib.
MAQATE-nin sözçüsü Fredrik Dal xüsusi təyinatlılar barədə məlumatı təsdiqləsə də, bunun məhz İrandan gəldiyini bildirməyib.
“Biz təhlükənin konkret olaraq haradan gəldiyini deyə bilmərik”, - Fredrik Dal vurğulayıb.
“WSJ” xatırladaır ki, İran Qrossini iyun ayında İsraillə 12 günlük müharibəyə başlamaqda günahlandıraraq, MAQATE-nin nüvə proqramı ilə bağlı hesabatlarının qərəzli və əsassız iddialarla dolu olduğunu açıqalyıb.
Döyüşlər başa çatdıqdan sonra qurumun müfəttişlərinin təhlükəsizliyindən ehtiyatlanan Rafael Qrossi Tehranın razılığı ilə onları İrandan çıxarmaq üçün əməliyyat təşkil etdi. İranın ali dini lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Laricani isə müharibədən sonra “Qrossi ilə məşğul olacağına” söz verib.
İranın “Kayhan” qəzeti Qrossini “İsrail casusu” adlandıran məqalələr dərc edib. Bu iddiaları rədd edən MAQATE rəhbəri agentliyin müstəqil və neytral qurum olduğunu söyləyib. O, dəfələrlə ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını beynəlxalq hüququn pozulması kimi pisləyib.
İyunun 22-nə keçən gecə ABŞ-nin hücumundan əvvəl İran hakimiyyəti agentlik işçilərinin sentrifuqaların əksəriyyətinə girişini məhdudlaşdırmışdı. İyulun əvvəlində isə Tehran MAQATE ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: MAQATE Qrossi mühafizə







Vaxtında, Aydın, Lazımlı!


