ABŞ və Rusiyanın neft şirkətləri arasında gizli danışıqlar olub
- “Exxon” özünün Saxalin layihəsinə qayıdacağı halda dəstək barədə ABŞ hökumətindən dəstək istəyib və müraciətinə müsbət cavab alıb”, - ABŞ administrasiyasının yüksək rütbəli məmuru bildirib.
Digər mənbələrin sözlərinə görə, “Exxon” şirkətinin Saxalinə qayıtması Moskvanın şərtlərindən asılıdır və şirkət onun gedişindən verdiyi itkiləri geri qaytarmağa ümid edir.
Mənbələr bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranan gərginliyə baxmayaraq, “Exxon” bütün müharibə boyu “Rosneft” ilə əlaqə saxlayıb. “Rosneft” “Exxon” şirkətinin kapitalı, texnologiyası və idarəetmə təcrübəsində maraqlıdır.
“Reuters” agentliyi daha əvvəl “Exxon” şirkətinin Rusiyaya qayıdışının Putinlə Trampın Alyaskadakı görüşünün mövzularından biri olduğunu yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Exxon Rosneft danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


