İki yeniyetmə Eyfel qülləsini partlatmaq istəyib
İlkin istintaqda müəyyənləşib ki, yeniyetmələr "döyüşmək məqsədilə" xaricə getmək imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, sosial şəbəkədə radikal və zorakı məzmunlu yazılar paylaşıblar. Onların aprel ayından bəri izləndikləri, iyulun 29 və 30-da saxlandıqları bildirilir. Avqustun 1-də isə məhkəmə şübhəlilər barəsində həbs qətimkan tədbiri seçib.
Məlumata əsasən, 2023-cü ilin 7 oktyabrında iranyönümlü HƏMAS terror təşkilatının İsrailə hücumu nəticəsində Qəzza zolağında müharibənin başlamasından etibarən Fransada yəhudi icmasına qarşı hücumların sayı artıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Fransa Eyfel-qülləsi sinaqoq hücum







Vaxtında, Aydın, Lazımlı!


