ABŞ Çinə qarşı koalisiya yaradır
“ABŞ ordusu tərəfindən yeni kommersiya texnologiyalarının mənimsənilməsinə təkan verən Pentaqon bölməsi onlarla müttəfiq ölkəyə nümayəndələr göndərməyə hazırlaşır. Belə ki, hazırda Vaşinqton Çinin hərbi qüdrətinin artmasına müstəqil şəkildə müqavimət göstərməyə çalışır”, - xəbərdə deyilir.
Mənbələr bildiriblər ki, MİB bu il pilotsuz sistemlərdə əməkdaşlığı artırmaq və texnologiya sektoru ilə daha sıx əlaqələr qurmaq üçün Tayvana nümayəndə göndərməyi planlaşdırır. Yaponiya ilə də oxşar addımların atılacağı gözlənilir.
- Departament Hind-Sakit okean regionu, Avropa və Yaxın Şərqdəki müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyə ümid edir”, - MİB-in təmsilçisi bildirib.
“FT” qeyd edir ki, MİB-in hazırda daimi nümayəndəliyini qurduğu yeganə ölkə Böyük Britaniyadır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


