ABŞ-nin Hindistana ikiqat rüsumu qüvvəyə minib

   ABŞ-nin Hindistana ikiqat rüsumu qüvvəyə minib
  27 Avqust 2025    Oxunub:911
ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, Hindistan malları üçün gömrük rüsumunu 50%-ə çatdırmaq qərarı bu gündən etibarən qüvvəyə minib.
Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən bildirir ki, ikiqat gömrük rüsumunun irəli sürülməsi Hindistanı "Rusiya neftini aldığına görə" cəzalandırmaq məqsədi daşıyır. Əvvəllər Vaşinqton Hindistan malları üçün yalnız 25% rüsum nəzərdə tuturdu.

Bu, ABŞ-nin irəli sürdüyü ən yüksək tariflərdən biridir. Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10% olub.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Hindistan   tarif  



Xəbər lenti