Rumıniya Kiyevə yardımının detallarını gizli saxlayır
Moştyanu, öz növbəsində, deyib ki, bu təchizatların məzmunu ilə bağlı məlumatlar Rumıniyanın Ali Milli Müdafiə Şurasının qərarına uyğun olaraq məxfiləşdirilib.
“Yanaşma belə idi. Demək olar ki, bu, müəyyən mənada ötən illərin ətaləti kimi keçmiş Milli Müdafiə Ali Şurasının yanaşması idi. Şəxsən mən şəffaflığın tərəfdarıyam, bacarsaydım sabah bunu şəffaf edərdim”, - Rumıniyanın Müdafiə naziri “Euronews Romania” verilişinin efirində deyib.
Onun sözlərinə görə, Rumıniya Baş Qərargahı ilə Ukraynanın hərbi hakimiyyət orqanları arasında qonşu ölkənin ehtiyac duyduğu və Rumıniyanın təklif edə biləcəyi yardımla bağlı “daimi dialoq” mövcuddur.
- Biz ora onların ehtiyac duyduqlarını və burada olanları göndərdik, sursat və dəbilqələrdən tutmuş tanklara və “Patriot” raketlərinə qədər”, - İonu Moştyanu bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rumıniya Ukrayna yardım







Vaxtında, Aydın, Lazımlı!


