Zelenski: “Rusiyadan neqativ siqnallar gəlir”

   Zelenski:    “Rusiyadan neqativ siqnallar gəlir”
  27 Avqust 2025    Oxunub:1260
Ukrayna, Rusiya və ABŞ liderlərinin görüşləri və gələcək hadisələrlə bağlı Moskva “mənfi siqnallar” verir.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə açılqlama səsləndirib. Ukrayna lideri, eyni zamanda, Finlandiyanın prezidenti Aleksandr Stubbla “çox yaxşı söhbəti” olduğu barədə sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, ABŞ ilə münasibətlər və bu münasibətlərdə maksimum məzmunun olması çox vacibdir.

“İndi ruslar təəssüf ki, görüşlər və sonrakı proseslərlə bağlı mənfi siqnallar verirlər. Şəhər və kəndlərimizə hücumlar davam edir. Hər gün yeni qurbanlar olur. Ruslar bütün bunların cavabında yalnız güclü təzyiqlərlə hesablaşacaqlar. Təzyiq lazımdır. Biz buna ümid edirik. Xüsusilə Rusiyadan addımlar - real diplomatiyaya doğru addımlar lazımdır”, - Zelenski bildirib.

Siyasətçi, həmçinin vurğulayıb ki, Ukrayna və onun müttəfiqləri hərbi komandirlər, müdafiə nazirləri, təhlükəsizlik müşavirləri müxtəlif səviyyələrdə gələcək təhlükəsizliyin komponentlərini hazırlayırlar.

- Təfərrüatların dəqiqləşdirilməsini sürətləndiririk. Əsas məqamları və son tarixləri müəyyənləşdirmək üçün liderlərin danışması üçün format təşkil etməyin vaxtı çatıb”, - Ukrayna lideri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Rusiya   siqnallar  



Xəbər lenti