Zelenski ABŞ-yə nümayəndə heyəti göndərəcək

Zelenski ABŞ-yə nümayəndə heyəti göndərəcək
  27 Avqust 2025    Oxunub:576
Ukrayna Prezidenti Volodomir Zelenski bu həftə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparmaq üçün ABŞ-yə nümayəndə heyəti göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxil olacaq.

Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi qaldırılacaq, həmçinin Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında gələcək mümkün görüş müzakirə olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti