Paşinyan gələn ay Moskvaya gedəcək

   Paşinyan gələn ay Moskvaya gedəcək
  28 Avqust 2025    Oxunub:875
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrda Rusiyaya səfərə yollanacaq.
Bu barədə o özü hökumət iclasının yekununda jurnalistlərə məlumat verib. Xatırladıb ki, bu səfər rusiyalı həmkarının müavini Aleksey Overçukun dəvəti nəticəsində baş tutacaq.

"Şadam ki, məni Rusiyada gözləyirlər. Rusiyaya səfər məqsədilə həmişə növbəti fürsəti gözləyirəm. Fəal qarşılıqlı səfərlər üzrə çox yaxşı təcrübə qazanmışıq", – Nikol Paşinyan deyib.

Hökumət başçısı həmçinin diqqətə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək sammiti çərçivəsində də Vladimir Putinlə görüşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   baş-nazir   Rusiya   səfər  



Xəbər lenti