Vaşinqton ən yeni PUA istehsalına hazırlaşır
“CCA proqramı bizə döyüş meydanına yeni nəzər salmağa, döyüş əməliyyatlarının diapazonunu, çevikliyini və ölümcüllüyünü, habelə qarşılıqlı fəaliyyət qabiliyyəti hesabına hərbi səmərəliliyi artırmağa kömək edəcək”, - ABŞ HHQ-nin qərargah rəisi, general Devil Olvin söyləyib.
“Air and Space Forces” jurnalının yazdığına görə, bu təşəbbüs F-22 və F-35 qırıcılarının atəş gücünü artırmaq məqsədi daşıyır: PUA-lar təyyarənin xarici asqılarını boşaltmaqla və onların zəifgörmə qabiliyyətini yaxşılaşdırmaqla bəzi silahlanmaları öz öhdəsinə götürə biləcəklər.
- Belə bir konsepsiya pilotlu texnika istehsalı ilə müqayisədə döyüş qabiliyyətini daha sürətli və daha ucuz qiymətə inkişaf etdirməyə imkan verir”, - jurnal vurğulayır.
Proqramın birinci mərhələsində “General Atomics” və “Anduril Industries” iştirak edirlər. Onların hazırladıqları prototiplər 2024-cü ilin mayında yerüstü sınaqlardan uğurla keçib. ABŞ HHQ bu il oktyabrın 1-də başlayacaq 2026-cı maliyyə ilində “YFQ-42A” PUA-larının istehsalına başlamaq barədə qərar qəbul etməyi planlaşdırır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


