“EAK ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktiç Nersisyan (səmavi adı II Qaregin) istefa verməlidir. Bu məqsədə çatmaq üçün hərəkata rəhbərlik edəcəyəm”, - Ermənistanın baş naziri deyib.
Bundan əvvəl arxiyepiskop Baqrat Qalstanyan baş naziri evli olmadığına və buna görə də kilsə qanunlarına uyğun yaşamadığına görə tənqid etdikdən sonra Paşinyan “Facebook” sosial şəbəkəsində bir neçə status yazmışdı.
|
| Məhbus erməni keşişlər aclıq elan ediblər | VİDEO |
Ermənistanın baş naziri sosial şəbəkədə dəfələrlə bu mövzuya toxunaraq katolikdən izahat tələb edib. Paşinyan həmçinin yeni katolikosun seçilməsini təşkil etmək üçün koordinasiya qərargahı yaratmağa hazırlaşır.
Xatırladaq ki, iyun ayında Ermənistanın İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatının 15 üzvünün, o cümlədən Baqrat Qalstanyanın həbsi barədə məlumat yayıb. İyunun 27-də arxiyepiskop Mikael Acapaxyana qarşı da hakimiyyəti ələ keçirməyə çağırışlar maddəsi ilə cinayət işi başlanıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


