Kiyevə hücumda beynəlxalq təşkilatların ofislərinə ziyan dəyib

   Kiyevə hücumda beynəlxalq təşkilatların ofislərinə ziyan dəyib
  28 Avqust 2025    Oxunub:1015
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumu nəticəsində “British Council”un ofisinə ciddi ziyan dəyib.
AzVision.az “Sky News”a istinadən xəbər verir ki, “British Council”un mühafizəçisi yaralanıb, binanın müəyyən hissəsi dağılıb. Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Londondakı səfirini çağırmağı planlaşdırır.

Hücum zamanı Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası da zədələnib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb ki, hadisə ilə bağlı Rusiyanın Brüsseldəki səfiri quruma çağırılıb.

"Kiyevdə nümayəndəlik binamız Rusiyanın zərbəsi nəticəsində ziyan gördükdən sonra orada olan həmkarlarımla danışdım. Sizin Ukraynanı dəstəkləmək qətiyyətiniz bizə güc verir. Heç bir diplomatik nümayəndəlik hədəfə alınmamalıdır. Rusiyanın Aİ-nin Kiyevdəki Nümayəndəliyinə hücuma cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq".

Qeyd edək ki, Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 17-yə çatıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti