Ərdoğan Zelenski ilə danışıb

   Ərdoğan Zelenski ilə danışıb
  28 Avqust 2025    Oxunub:1310
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, prezidentlər müxtəlif sahələrdə qarşılıqlı əlaqələrlə yanaşı regional və qlobal məsələlərə dair müzakirələr aparıblar. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqları qiymətləndiriblər.

Türkiyə lideri diqqətə çatdırıb ki, rəsmi Ankara Alyaska və Vaşinqtonda baş tutmuş görüşləri yaxından izləyib. O, müharibənin daimi sülhlə başa çatmasının vacibliyini vurğulayaraq, Türkiyənin bu sülh prosesinə bacardıqca töhfə verəcəyini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Ukrayna   prezident   danışıq  



Xəbər lenti