Ankara Paşinyanın mövqeyindən razıdır

   Ankara Paşinyanın mövqeyindən razıdır
  29 Avqust 2025    Oxunub:1028
Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, eləcə də Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “TGRT Haber” telekanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Vaşinqtonda keçirilən görüş və razılaşmalarla bağlı Türkiyə ilə məsləhətləşmələr aparıb. Hakan Fidan Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin qarşılıqlı etimada əsaslandığını qeyd edərək, bu məsələdə Azərbaycanla sıx əməkdaşlığın olduğunu vurğulayıb.

Paşinyan: “Azərbaycanla yeni danışıqlar olacaq”
“Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Tərəflər nə baş verəcəyini və vəziyyətin necə inkişaf edəcəyini müzakirə edəcəklər. Bizim mövqeyimiz etimada əsaslanır. Biz azərbaycanlı qardaşlarımıza güvənirik”, - Türkiyə XİN-in rəhbəri qeyd edib
.
Hakan Fidan bu məsələ ilə bağlı, həmçinin Ermənistanın baş naziri Nikol Paşiyanın mövqeyini yüksək qiymətləndirib.

Xatırladaq ki, Nikol Paşinyan dünən keçirdiyi brifinqdə sözügedən məsələlərlə bağlı sentyabrda Azərbaycanla Ermənistan arasında müəyyən detalların müzakirəsinə başlanacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   Azərbaycan   Ermənistan  



Xəbər lenti