Erməni diplomat Azərbaycana casusluqda günahlandırılır

Erməni diplomat Azərbaycana casusluqda günahlandırılır
  29 Avqust 2025    Oxunub:1613
Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Azərbaycanın xeyrinə “casusluq”da şübhəli bilinir.
AzVision.az xəbər verir ki, erməni mediasının iddiasına görə, Aleksanyan bir neçə ay əvvəl İrəvanın “Zvartnots” hava limanında saxlanılıb, lakin hakimiyyət qalmaqalın qarşısını almaq üçün bunu ictimaiyyətə açıqlamamaq qərarına gəlib.

Aleksanyanın üstündə guya Azərbaycana casusluqda şübhələr yaradan sənədlər aşkar edilib.

Həbsdən sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin Xarici İşlər nazirliyinin binasında axtarış aparıb, kompüterləri və sənədləri yoxlayıb.

- Aşxen Aleksanyan haqqında, hətta onun təyinatı ilə bağlı məlumatlar bütün açıq mənbələrdən silinib”, - Ermənistanın “Hraparak” qəzeti yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   konsul   casusluq  



Xəbər lenti