Vaşinqton BMT-yə hesabat verməyəcək
"Birləşmiş Ştatlar BMT-nin Universal Dövri İcmal mexanizmində iştirak etməkdən imtina edib. Rəsmi Vaşinqton BMT-yə hesabat göndərməməyə qərar verib. Halbuki, BMT noyabr ayında ABŞ də daxil olmaqla 14 ölkənin hesabatını təhlil etməli idi", - ABŞ Dövlət departamentinin məmuru “Reuters”ə bildirib.
Agentliyin məlumatına görə, bunlar BMT-nin Universal Dövri İcmalının bir hissəsi kimi təhlil olunan hesabatlardır. Hər 4,5 və ya 5 ildən bir BMT-yə üzv olan 193 dövlətin hamısı insan haqları ilə bağlı hesabatlar təqdim edir. Sonra hər bir sənəd ayrı-ayrı dövlətlər tərəfindən nəzərdən keçirilir və onlar insan haqları ilə bağlı tövsiyyələr verirlər.
- ABŞ-nin qərarı prezident Donald Trampın BMT-nin İnsan Haqları Şurasından çıxmaqla bağlı 4 fevral 2025-ci il tarixli sərəncamından sonra verilib. Əslində bu şura ən ciddi insan haqları pozuntularını pisləmək bacarığına malik deyil. Lakin Ümumdünya Dövri İcmalda iştirak edən istənilən ölkə onun mandatını və fəaliyyətini faktiki təsdiqləmiş olur”, - amerikalı məmur vurğulayıb.
ABŞ-nin Cenevrədəki missiyasının nümayəndələri Vaşinqtonun qərarı ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Hökumətlərarası Şurasına və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə məlumat veriblər. “Reuters” qeyd edir ki, Vaşinqton 2027-ci ilin iyulunda başa çatacaq cari dövr ərzində hesabat təqdim etməsə, ABŞ bu öhdəliyi yerinə yetirməyən ilk ölkə olmaq riski ilə üzləşir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


