Tramp-Putin görüşünün detalları niyə açıqlanmır?

   Tramp-Putin görüşünün detalları niyə açıqlanmır?
  29 Avqust 2025    Oxunub:1352
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada baş tutan söhbətin bütün təfərrüatları nizamlanma maraqları naminə bilərəkdən açıqlanmır.
AzVision.az xəbər verir ki, Türkiyə XİN-in rəhbəri Hakan Fidanın Rusiya-Ukrayna müharibəsinin həllində Moskvanın ərazi güzəştlərinə hazır olması barədə açıqlamasını Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə şərh edib.

“Biz iki prezident arasında Alyaskada baş tutan söhbətin bütün təfərrüatlarını bilərəkdən açıqlamırıq. Rusiya-Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub, lakin hesab edirik ki, hər hansı təfərrüat vermək tamamilə yersizdir. Nizamlanmanın maraqları baxımından indi diskret (ayrı-ayrı hissələr) rejimdə işləmək vacibdir”, - Kremlin sözçüsü Hakan Fidanın bəyanatı ilə bağlı sualını cavablandırarkən deyib.

Hakan Fidan: “Moskva fikrini dəyişib”
Peskov bu barədə Rusiya prezidenti Vladimir Putinin özünün dediklərini xatırladaraq, Alyaskadakı söhbətin zəruri olduğunu təsdiqləyib.

- Bu, vaxtında baş tutan, mənalı və çox konstruktiv görüş idi”, - rusiyalı məmur bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə XİN-in rəhbəri Hakan Fidan tammiqyaslı işğalın başlanmasından bəri Rusiyanın qismən ələ keçirdiyi Ukraynanın dörd bölgəsinə artıq tam nəzarəti bərqərar etməyə çalışmadığını söyləyib.

Mənbələrə istinad edən “Atlantic” jurnalı isə Avropa ölkələrinin Ukraynadakı müharibənin həlli üçün Rusiya və ABŞ arasında aparılan danışıqların gedişatı barədə məlumatın az olmasından narazı olduqlarını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Peskov   Alyaska   detallar  



Xəbər lenti