Macarıstan Kiyevə çatacaq 6,6 milyard avroya əngəl oldu

Macarıstan Kiyevə çatacaq 6,6 milyard avroya əngəl oldu
  29 Avqust 2025    Oxunub:621
Macarıstan növbəti dəfə Avropa Sülh Fondundan Ukraynaya silah alınması üçün nəzərdə tutulan vəsaitin ayrılmasına mane olub.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaja Kallas mətbuat konfransında deyib. Söhbət 6,6 milyard avrodan gedir.

O, bu cür bloklanmağı əsassız adlandırıb. Avropa İttifaqı hazırda təcavüzə qarşı mübarizə aparan Ukraynanı dəstəkləmək üçün əlavə vəsait tapmağa çalışır.

Xatırladaq ki, bir müddət öncə Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell də eyni məsələdən danışmışdı. O qeyd edib ki, onun gedişindən sonra Aİ-dən Ukraynaya hərbi yardım göstərilməyib və Macarıstana görə Avropa Sülh Fondunda 6,6 milyard avro blokda qalıb.

AzVision.az



Teqlər:



Xəbər lenti