Mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq

Mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq
  30 Avqust 2025    Oxunub:1138
Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah 06:00-dan 23:00-a qədər həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: yol   təmir   məhdudiyyət  



Xəbər lenti