Ali Radanın keçmiş sədrini qətlə yetirən şəxs saxlanılıb

   Ali Radanın keçmiş sədrini qətlə yetirən şəxs saxlanılıb
  01 Sentyabr 2025    Oxunub:790
Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın keçmiş spikeri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb.
AzVision.az bildirir ki, daha sonra Volodimir Zelenski şübhəli şəxsin artıq ilk ifadəsini verdiyini deyib.

“Lazımi istintaq hərəkətləri davam edir. Mən mövcud məlumatların ictimaiyyətə təqdim olunması əmrini vermişəm. Bu dəhşətli qətlin bütün təfərrüatları aydınlaşdırılmalıdır”, - Ukrayna lideri öz Telegram-kanalında yazıb.

Ukraynanın Daxili İşlər naziri İqor Klimenko, öz növbəsində, şübhəli şəxsin Xmelnitski vilayətində saxlanıldığını bildirsə də, onun kimliyi ilə bağlı heç bir məlumat verməyib.

- İndi çox təfərrüat olmayacaq. Sadəcə onu deyə bilərəm ki, cinayət çox dəqiqliklə hazırlanıb: mərhumun hərəkət qrafiki öyrənilib, marşrutu tərtib olunub, cinyaət yerindən qaçış planı hazırlanıb”, - Klimenko qeyd edib.

Ali Radanın keçmiş sədri qətlə yetirilib | VİDEO
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk da həbslə bağlı məlumatı təsdiqləyib.

Xatırladaq ki, Andrey Parubiy avqustun 30-da günorta saatlarında Lvovun Frankovski rayonunda güllələnib. Ukrayna mətbuatının məlumatına görə, çatdırılma xidmətinin kuryeri forması geyinmiş qatil siyasətçiyə küçədə hücum edib. Qatil Oarubiyin kürəyinə bir neçə dəfə atəş açıb, bundan sonra o, elektro-velosipedlə hadisə yerindən qaçıb. Parubiy həkimlər gələnə qədər dünyasını dəyişib. Onun cəsədinin yanından yeddi güllə gilizləri tapılıb.

Ukraynanın hüquq-mühafizə orqanları Ali Radanın keçmiş sərdinin qətlə yetirilməsində Rusiya izinin ola bilməsi variantını da araşdırılar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Parubiy   qatil  



Xəbər lenti