Azərbaycan XİN Əfqanıstana başsağlığı verib

   Azərbaycan XİN Əfqanıstana başsağlığı verib
  01 Sentyabr 2025    Oxunub:486
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".

Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 800-ə çatıb, daha 2 800 nəfər yaralanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti