NATO-Ukrayna şurasının təcili iclası olacaq

NATO-Ukrayna şurasının təcili iclası olacaq
  01 Sentyabr 2025    Oxunub:1196
Rusiyanın Ukraynaya son irimiqyaslı hücumlarına cavab olaraq sentyabrın 1-də Kiyevin xahişi ilə Brüsseldə NATO-Ukrayna Şurasının növbədənkənar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqanın açıqlamasında belə deyilir.

“Biz Rusiyanın sülh səylərini rədd etməsinə və ukraynalılara qarşı terroru genişləndirməsinə adekvat cavab vermək üçün birgə addımlarla dair məqsədyönlü müzakirənin abş tutacağını gözləyirik”, - Ukrayna XİN-in rəhbəri “X” sosial şəbəkəsində paylaşım edib.

Rusiya Ukraynaya hava zərbələrini dayandırmır | VİDEO
Nazir həmçinin “Ukraynaya güclü dəstək və mənalı sülh səylərini” davam etdirən NATO və bütün müttəfiqlərə təşəkkürünü bildirib. Onun sözlərinə görə, müharibənin uzanacağı halda Moskva daha çox təzyiq hiss etməlidir.

Xatırladaq ki, avqustun 30-na keçən gecə ruslar Ukrayna ərazisinə 537 pilotsuz təyyarə və 45 raket atıb, onlardan 510 və 38-i hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla vurulub. Kiyevdə dördü uşaq olmaqla 25 mülki şəxs qətlə yetirilib. Paytaxtın bütün on inzibati rayonu üzrə 33 məkanda binalara və infrastruktura ziyan dəydiyi qeydə alınıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NATO   Ukrayna   şura  



Xəbər lenti