Putin və Tramp Zelenski ilə görüşə razılaşmayıb

Putin və Tramp Zelenski ilə görüşə razılaşmayıb
  01 Sentyabr 2025    Oxunub:484
Hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə mümkün görüşlə bağlı razılaşma yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

Kreml nümayəndəsi qeyd edib ki, belə bir təmas formatı hələ müzakirə olunmayıb və tərəflər arasında görüşün keçirilməsi üçün konkret tarix və ya şərtlər müəyyən edilməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti