Avstriya NATO-dan imtina edib

Avstriya NATO-dan imtina edib
  02 Sentyabr 2025    Oxunub:853
Ölkənin neytrallıq siyasətinə yenidən baxılmır, NATO-ya daxil olmaq məsələsi gündəmdə deyil.
AzVision.az xəbər verir ki, “ORF” telekanalına müsahibəsində Avstriyanın kansleri Krisrian Ştoker belə deyib.

“Biz neytral ölkəyik, neytrallığımız şübhə altına alınmır. NATO-ya daxil olmaq müzakirə mövzusu deyil”, - Ştoker Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatını şərh etmək barədə sualın cavabında vurğulayıb.

Mevedev daha əvvəl bildirmişdi ki, Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı hərbi təhdidlərə cavab tədbirləri görüb və Avstriyanın alyansa qoşulacağı təqdirdə ona münasibətdə də istisnalara yol verməyəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avstriya   NATO   imtina  



Xəbər lenti