"Bu qərarı Qəzza zolağında baş verən bəşəri faciəni nəzərə alaraq veririk. İsrailin beynəlxalq hüquqa zidd zorakılığı fonunda Belçika İsrail bu ölkəyə, həmçinin HƏMAS terrorçularına təzyiqi artırmaq məqsədilə sərt addımlar atacaq", – o bildirib.
Nazir vurğulayıb ki, Brüssel İsrail xalqını cəzalandırmağı yox, İsrail hökumətinə beynəlxalq və humanitar hüquqa hörmət öhdəliyini xatırlatmağı, vəziyyəti yerində dəyişmək istiqamətində tədbirlər görməyi planlaşdırır.
|
| The Guardian: "London Fələstini tanımağa tələsir" |
Xatırladaq ki, Avstraliya, Britaniya, Fransa, Kanada və digər bir sıra dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər. Maraqlıdır ki, Almaniya bu tendensiyadan uzaq durur. Kansler Fridrix Merts açıq surətdə diqqətə çatdırıb ki, Fələstini tanımaq üçün şərait məqbul deyil:
"Almaniya sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qərb müttəfiqlərinin Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaq təşəbbüsünə qoşulmayacaq".
Digər tərəfdən, rəsmi Paris isə, Berlinin əksinə, Fələstini tanımaqla yanaşı ölkələr arasında qarşılıqlı şəkildə səfirliklərin açılmasını da nəzərdən keçirir.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


