İsrail Prezidenti Papa ilə görüşəcək

İsrail Prezidenti Papa ilə görüşəcək
  02 Sentyabr 2025    Oxunub:1154
İsrail Prezidenti İsaak Hersoq cümə axşamı Vatikana yollanacaq.
Bu barədə "The Times of Israel" xəbər saytı İsrail Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, birgünlük səfər çərçivəsində İsaak Hersoq Papa XIV Leo ilə görüş keçirəcək.

Görüşdə Qəzza zolağındakı əsirlərin azadlığa çıxarılmalarına, habelə dünyada antisemitizmlə mübarizəyə və Yaxın Şərqdə xristian icmalarının qorunmasına dair fikir mübadiləsi aparılacaq.

İsrail Prezidenti həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşəcək. Eyni zamanda, Vatikan Kitabxanasına baş çəkəcək.

Xatırladaq ki, İsaak Hersoq mayda Papa XIV Leonun andiçmə mərasiminə də qoşulmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Vatikan   prezident   papa   görüş  



Xəbər lenti