ABŞ-yə yollanan 14 min miqrant geri qayıdıb
Hesabatda qeyd olunur ki, onların böyük əksəriyyəti Venesuela vətəndaşlarıdır. Miqrantlar ölkədə uzun illər davam edən iqtisadi, sosial və siyasi böhrandan qaçaraq ABŞ-yə üz tutublar, lakin yeni immiqrasiya siyasəti ilə üzləşdikdən sonra geri qayıtmalı olublar.
Məlumata əsasən, Kolumbiya və Panama sərhədində yerləşən təhlükəli Darien dəhlizindən 2023-cü ildə yarım milyondan çox miqrant keçib ki, bu da rekord göstərici olub. 2024-cü ildə bu axın nisbətən zəifləyib və ilin əvvəlində demək olar ki, tamamilə dayanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


