Rostov vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Yuri Slyusar, öz növbəsində, Ukrayna ordusunun hava hücumunun dəf olunduğunu söyləyib.
Millerovski, Tarasovski, Belokalitvinski və Çertkovski rayonlarında PUA-lar vurulub. Belaya Kalitvada qəlpələr binaların fasadlarını zədələyib, iki yaşayış binasının şüşələri sındırılıb. Koksovı kəndində də bir neçə fərdi yaşayış evinin pəncərələri zədələnib.
Rusiyanın Müdafiə nazirliyinin məlumatına görə, ölkənin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Ukraynanın 27 pilotsuz təyyarəsini məhv edib. Şahidlər bir neçə PUA-nın dəniz üzərində vurulduğunu da görüblər.
Monitorinq ictimaiyyəti, eyni zamanda, Rusiyanın “Engels-2” aviabazasından bir “Tu-160” strateji bombardmançısının havaya qalxdığını qeydə alıb. Hava hücumu həyəcanı fonunda Ukrayna mediası ölkənin Rovno və Jitomir vilayətlərində yaşana partlayışlar barədə məlumat yayıb.
— Newsfeed (@Newsfeed883920) September 3, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


