“Epşteynin malikanəsi vanna otağında, dəhlizdə, şəxsi idman zalında və bir neçə ofisdə nümayiş etdirilən qadınların şəkilləri ilə doludur. Qadınların çoxu çılpaq vəziyyətdə görünür. Onun ortağı və məşuqəsi Qisleyn Maksvellin 10-dan çox fotoşəkili evə səpələnib”, - qəzet yazır.
|
| Tramp “Epşteyn işi”nin açıqlanmasını tələb edib | VİDEO |
Görüntülərin Ədliyyə nazirliyində dinləmələrdən sonra Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən açıqlandığı bildirilir.
Xatırladaq ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayanları cinsi istismar məqsədilə alver etməkdə ittiham olunurdu. O, məhkəməni gözləyərkən 2019-cu ildə həbsxanada ölüb. 2021-ci ildə Epşteynin köməkçisi Qisleyn Maksvell Epşteynə bəd əməllərində kömək etməkdə günahlandırılıb. Bundan əlavə, ABŞ prezidenti Trampın Epşteynlə əlaqələri olması barədə iddialar səsləndirilir. Onlar 15 ildən çox dost olublar.
İyulun ortalarında ABŞ prezidenti Donald Tramp, öz növbəsində, baş prokuror Pem Bondidən maliyyəçi Ceffri Epşteynin işi üzrə böyük münsiflər heyətinin ifadələrinin stenoqramını açıqlamasını tələb etdiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


