Kreml Trampın bəyanatına cavab verib | VİDEO

   Kreml Trampın bəyanatına cavab verib    | VİDEO
  03 Sentyabr 2025    Oxunub:628
Moskva ABŞ prezidenti Donald Trampın Rusiya, Çin və Şimali Koreyanın Vaşinqtona qarşı sui-qəsd hazırlaması ilə bağlı son bəyanatını şərh edib.
AzVision.az xəbər verir ki, bu missiyanı Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov öz üzərinə götürüb.

“Düşünürəm ki, Donald Tramp “bu üçlüyün” guya ABŞ-yə qarşı sui-qəsd hazırladığını ironiyasız deməyib. Vurğulamaq istəyirəm: heç kim hiylə qurmayıb, heç kim heç nə hörməyib”, - rusiyalı məmur vurğulayıb.

Tramp: “ABŞ-yə qarşı sui-qəsd hazırlanır”
Onun sözlərinə görə, Vladimir Putin, Si Cinpin və Kim Çen In ABŞ-yə qarşı sui-qəsd haqqında heç düşünmürlər də və Vaşinqtonun hazırkı beynəlxalq vəziyyətdəki rolunu yaxşı anlayırlar.

xatırladaq ki, bundan əvvəl Ağ Evin rəhbəri Donald Tramp Pekində İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunmasını şərh edərkən Çinin sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın “ABŞ-yə qarşı sui-qəsd hazırladıqlarını" bildirib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rusiya   Uşakov  



Xəbər lenti