Suriyada güc strukturlarının əməkdaşları həbs olunub

Suriyada güc strukturlarının əməkdaşları həbs olunub
  03 Sentyabr 2025    Oxunub:876
Suriya hakimiyyəti druzların yaşadığı Əs-Suveyda əyalətində mülki əhaliyə qarşı cinayətlərdə şübhəli bilinən Müdafiə nazirliyi və Daxili İşlər nazirliyinin əməkdaşlarını həbs edib.
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, iyulun 31-də Əs-Suveyda əyalətində yaşanan qanlı hadisələri araşdırmaq üçün Dəməşqdə komitə yaradılıb.

“Daxili İşlər və Müdafiə nazirliklərinin məsul şəxsləri qanun pozuntularında şübhəli bilinərək dindirilib və məhkəməyə gətirilib”, - komitənin sözçüsü Əmmar İzzəddin deyib.

Əhməd Əl-Şaraa: “Savaşa hazırıq” | VİDEO
Saxlanılanların sayını açıqlamayan İzzəddin, yalnız onların təkbaşına hərəkət edən Suriya vətəndaşları olduğunu bildirib. Komitə nümayəndəsi həmçinin qeyd edib ki, şübhəlilərə qanunsuz hərəkətlərinin videoyazıları göstərilib, lakin bu pozuntuların təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Əs-Suveydada druz qrupları ilə bədəvi qəbilələri arasında baş verən toqquşmalar nəticəsində yüzlərlə insan həlak olub. Suriya qoşunlarının bölgəyə yeridilməsindən sonra isə münaqişə daha da genişlənib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   həbslər  



Xəbər lenti