Avropa İttifaqının hərbi xərcləri rekord həddə çata bilər

Avropa İttifaqının hərbi xərcləri rekord həddə çata bilər
  03 Sentyabr 2025    Oxunub:451
Bu il Avropa İttifaqının (Aİ) hərbi xərcləri 381 milyard avroya çatdıraraq tarixi rekorda imza atması mümkündür.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin müdafiə məsələləri üzrə ixtisaslaşmış qurumu olan Avropa Müdafiə Agentliyi (AMA) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə bu xərclər 343 milyard avro olub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.

AMA-nın sədri, Aİ-nin baş diplomatı Kaya Kallas bəyan edib ki, Avropa vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiəyə rekord məbləğdə vəsait ayırır və bu yolda dayanmayacaq.

Qeyd edək ki, Aİ-nin əsas hərbi gücü olan Fransa bu prosesin önündə gedir. 2027-ci ilə qədər bu ölkənin müdafiə büdcəsi 64 milyard avroya çatacaq. Fransa Amerika Birləşmiş Ştatlarının hərbi texnologiyasından asılılığın azaldılmasını və Aİ-nin ortaq müdafiə sənayesinin qurulmasını da dəstəkləyir.

AzVision.az



Teqlər:



Xəbər lenti