Netanyahunun ofisi Misir XİN-in bəyanatına cavab verib

Netanyahunun ofisi Misir XİN-in bəyanatına cavab verib
  05 Sentyabr 2025    Oxunub:751
İsrailin Baş nazirinin ofisi Misir Xarici İşlər Nazirliyinin Qəzza zolağından insanların çıxarılmasını rəsmi Qahirə üçün "qırmızı xətt" adlandıran bəyanatını tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

"Misir Xarici İşlər Nazirliyi müharibə zonasını öz iradəsinə zidd olaraq tərk etmək istəyən Qəzza sakinlərini həbs etməyə üstünlük verir", - ofis vurğulayır.

Bu gün səhər saatlarında Misir Xarici İşlər Nazirliyi köçürülmənin "Fələstin məsələsinin sonu" olduğuna dair bəyanat yayıb.

"İnsanların öz vətənlərindən qovulmasına heç bir hüquqi, mənəvi və əxlaqi əsas yoxdur", - sənəddə deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti