AK Putinin bəyanatını alqışlayır

   AK Putinin bəyanatını alqışlayır
  06 Sentyabr 2025    Oxunub:1097
Avropa Komissiyası (AK) Rusiya prezidenti Vladimir Putinin Ukraynanın gələcəkdə Avropa İttifaqına (Aİ) daxil ola biləcəyi ilə bağlı bəyanatına müsbət reaksiya verib.
AzVision.az “Euractiv” portalına istinadən xəbər verir ki, AK-nin mətbuat katibi Paula Pinyo belə açıqlama səsləndirib.

“Prezident Putinin Ukraynanın yerini Aİ-də görməsi çox bəyənilir”, - avropalı məmur vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 5-də Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında Ukraynanın Aİ-yə mümkün üzvlüyünü istisna etməyib.

- Bu, Ukraynanın öz beynəlxalq münasibətlərini necə qurmaq, iqtisadi sahədə maraqlarını necə təmin etmək, kiminlə ittifaqlara girmək barədə qanuni seçimidir”, - Rusiya lideri deyib.

Eyni zamanda, o qeyd edib ki, Moskva Ukraynanın Avropaya inteqrasiya siyasətinin
başlamasına mane olmayıb, çünki bu məsələnin ölkəyə aidiyyatı yoxdur. Moskva yalnız Rusiyanın maraqlarına toxunan məsələlərə operativ münasibət sərgiləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Putin   Ukrayna  



Xəbər lenti