Ukrayna rusların Dnepropetrovska girməsinə imkan verməyib | VİDEO

   Ukrayna rusların Dnepropetrovska girməsinə imkan verməyib    | VİDEO
  06 Sentyabr 2025    Oxunub:803
Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) əsgərləri ölkənin Dnepropetrovsk vilayətinə keçməyə çalışan rus hərbçilərinin sığınacaqlarını bombalayıb.
AzVision.az xəbər verir ki, Ukrayna BKİ-nin özü belə məlumat yayıb.

BKİ Rusiya ordusunun bölgəyə hücumunu dəf etmək üçün çalışdığı xüsusi təyinatlıların görüntülərini dərc edib.

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Timur” xüsusi təyinatlı dəstəsinin “Qardaşlıq” bölməsinin döyüşçüləri rusların Dnepropetrovsk vilayətinin sərhədlərinə keçmək planlarının qarşısını alıblar”, - məlumatda deyilir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Dnepropetrovsk   müdafiə  



Xəbər lenti