Rusiya Kiyevə hücum etdi: Hökumət binası vuruldu

Rusiya Kiyevə hücum etdi: Hökumət binası vuruldu
  07 Sentyabr 2025    Oxunub:1247
Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində biri körpə olmaqla üç nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Kiyev meri Vitali Kliçko açıqlamasında hücumların əvvəlcə pilotsuz uçuş aparatları ilə başladığını, daha sonra isə raket zərbələrinin endirildiyini bildirib. Onun sözlərinə görə, körpə və gənc qadın pilotsuz aparatın zərbəsi nəticəsində həyatını itirib. Yaralılar arasında hamilə qadın da var.

Məlumata görə, şəhərin şərqində, Dnepr çayının qarşı sahilində yerləşən Darnıtskiy rayonunda bir sığınacaqda yaşlı qadın həyatını itirib.

Kliçko həmçinin ehtimal olunan pilotsuz aparatın düşməsi nəticəsində hökumət binasında da yanğın baş verdiyini açıqlayıb.

Röya Əliyeva
AzVision.az


Teqlər:



Xəbər lenti