İran Milli Kitabxanasında erməni guşəsi açılıb

   İran Milli Kitabxanasında erməni guşəsi açılıb
  08 Sentyabr 2025    Oxunub:1211
İran Milli Kitabxanasında Ermənistanın tarixi və mədəniyyətinə dair 60-a yaxın kitabdan ibarət guşə açılıb.
Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, guşənin açılış mərasimi nazir Janna Andreasyanın İrana səfəri çərçivəsində baş tutub. Nazirlik həmçinin sözügedən guşə üçün kitabxanaya 15 kitab bağışlayıb.

Məlumata görə, bu təşəbbüs Ermənistanın Qədim Əlyazmalar İnstitutunun təklifi və İrəvanın İrandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   kitabxana   Ermənistan   guşə  



Xəbər lenti